top of page

Published Works and Archival Documents on the Circassian Genocide

Author

Rəşad Eldar oğlu Cabarov

Document Type

Dissertation

Classification

Secondary Sources

Publisher

Bakı Dövlət Universiteti

Location

Baku

Year

2024

Language

Azerbaijani

Bir çox Rusiya tarixçiləri hər vəchlə imperiyanın çərkəz-adıq xalqlarına qarşı olan soyqırımını ört-basdır etməyə çalışırlar. Lakin alimlərin bu cəhdləri açıq olan tarixi həqiqəti gizlətməyə imkan vermir. Xüsusilə müstəqil Qərb müəlliflərinin tədqiqatları çərkəz və adıqların kütləvi şəkildə qətlə yetirilməsi faktlarını ortaya qoyur. Çərkəz soyqırımı mövzusu bir çox xarici ölkə tarixçiləri və ekspertləri tərəfindən nəzərdən keçirilmişdir. İlk növbədə araşdırmalar nəticəsində dünyada ümumi çərkəz sayının 6.248.000 olduğunu təsbit etmiş amerikalı müstəqil tədqiqatçı və ekspert Stefan D.Şenfildi qeyd etmək lazımdır. O, çərkəzlərin yalnız yüzdə 10-unun tarixi vətənində məskunlaşdığını qeyd edir. Tədqiqatçı soyqırımın olub olmaması sualına belə cavab verir: “Müəlliflərin təqdim etdiyi faktları öyrəndikdə, təsdiqedici cavabdan başqa bir variant qalmır”. 38 Digər amerikalı diplomat və ekspert Paul B.Henz çərkəzlərin Rusiya imperiyasına qarşı mübarizəsi haqqında monoqrafiyasında yazır: “Nə baş verdiyini ən azından soyqırımı ilə müqayisə etmək lazımdır”.39 Belfast Universitetinin mütəxəssisi Mikael Mann çərkəzlərin qanlı faciəsini “etnik təmizləmə” adlandırır.40 Antero Laitsinger çar Rusiyasının XIX əsrdə çərkəz xalqına qarşı həyata keçirdiyi soyqırımın o dövrün ən böyük soyqırımı olduğunu bildirir: “Çar Rusiyasının çərkəz xalqına qarşı həyata keçirdiyi soyqırım XIX əsrdə ən böyük soyqırım idi. Buna baxmayaraq, o, sonradan unudulmuşdur, bütün dünya yəhudilərin soyqırımını və ermənilərin (saxta - müəllif) soyqırımını bildiyi halda”. 41

Tsar Russia's Islam Policy in the Caucasus – Çar Rusiyasının Qafqazda İslam siyasəti

bottom of page